Bakıda bütün avtobuslar elektrik mühərrikli olacaq Bu tarixədək

20.11.2024

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub".

Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib.

Nazir əlavə edib ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb:

"Biz 100 kilometr mikromobil zolaqların çəkilməsini nəzərdə tutmuşuq. 160 ədəd elektrikli avtobus ölkəyə gətirilib. Bunların sayı artırılacaq". /APA/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью