Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 30-da saat 10:00 radələrində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil “BYD” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin təsirindən “Hyundai” yolun hərəkət hissəsindən çıxaraq səkiyə qalxıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228346.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler