Bakıda çay evində QANLI DAVA: ölən var

27.11.2026

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bakıda qətl hadisəsi olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu gün Sabunçu rayonu ərazisində baş verib.

Rayon ərazisindəki çay evlərinin birində yaranan mübahisə zamanı 20 yaşlı Həşimov Sabit Sadiq oğlu və Nural Bünyadlı bir-birini bıçaqlayıb. Nəticədə ağır xəsarətlər alan Sabit Həşimov ölüb. Digər yaralı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью