Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda bıçaqlanan ata və oğlunun son durumu açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 27-si saat 05:30-da üç nəfər (kişi) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan iki nəfərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
Vəziyyəti kritik ağır qiymətləndirilən bir nəfərin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 06:30-da bioloji ölüm faktı qeydə alınıb".
*** 10:42
Bakıda ata və oğluna xəsarət yetirən şəxs saxlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə noyabrın 28-də gecə saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxanada baş verib. U.Əhmədov şəxsi münasibətlər zəminində T.Məmmədova kəsici alətlə xəsarət yetirib. Bu zaman mübahisənin qarşısını almaq istəyən zərərçəkənin atası F.Məmmədov da yaralanıb.
Polis tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən U.Əhmədov tutularaq istintaqa təhvil verilib.
*** 09:54
Bakıda kafedə kütləvi dava olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki kafelərdən birində baş verib. Hadisə zamanı davada iştirak edən şəhər sakini, 1972-ci il təvəllüdlü Tofiq Məmmədov və onun oğlu bıçaqlanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırmalar aparılır.