Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Abdulla Bayram oğlu Abbasquliyev dava zamanı bıçaqlanıb.
Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun əməliyyata alındığı bildirilir.
Qeyd edək ki, A.Abbasquliyev cənazə daşıyan avtomobilin sürücüsüdür.