Bakıda Cenevrə Konvensiyasının 75ci ildönümünə həsr olunan seminar keçirilir

20.12.2024

Icma.az bildirir, Report.az portalına istinadən.

Bakıda Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan "Beynəlxalq humanitar hüququn tətbiqi üzrə fəaliyyətlər: müsbət təcrübələr və problemlər” mövzusunda seminar keçirilir.

"Report" xəbər verir ki, tədbiri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi təşkil edib.

Seminarda Ombudsman Aparatı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi, Baş Prokurorluq, ANAMA kimi Azərbaycanın aidiyyəti dövlət orqanlarının nümayəndələri və BQXK-nın Bakı Ofisinin rəhbəri, eləcə də digər əməkdaşları iştirak edirlər.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью