Bakıda çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb

06.12.2024

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi həmin müəssisəni Suraxanı rayonunda təşkil edib: “Bu ilin oktyabr ayında icra prosesi başlasa da, hələlik müəssisənin açılışı olmayıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью