Bakıda “Chevrolet” avtobusa çırpıldı, sürücüsü xəstəxanalıq oldu VİDEO

04.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Səbail rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 3-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Chevrolet” markalı maşın yolda dayanmış avtobusla toqquşub. İddialara əsasən, qəzaya səbəb “Chevrolet”in sürücüsünün sürət həddini aşaraq ara məsafəsi saxlamaması olub. Nəticədə maşın avtobusa çırpılaraq yararsız hala düşüb, sürücüsü xəsarət alıb. 

Qeyd edək ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью