Bakıda Chevrolet ilə Tesla toqquşdu: Bir nəfər öldü Xəbər saytı Son xəbərlər və Hadisələr

08.12.2024

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunur ki, nazirliyin "112" qaynar xəttinə Xətai rayonu, 8 noyabr prospektində qəza ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bildirilib ki, FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Chevrolet" və "Tesla" markalı minik avtomobilləri toqquşub və bir nəfər "Chevrolet" avtomobilinin içərisində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью