Bakıda CICA sammiti keçiriləcək

05.02.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan 2024-2026-cı illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrlik çərçivəsində bu il Bakıda böyük Sammitə ev sahibliyi etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Global Times"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın sədrliyi "Daha güclü CICA: Asiyada bağlantı, rəqəmsallaşma və dayanıqlı artım" mövzusuna əsaslanır:

"Həmçinin, Azərbaycanın Şanxaj Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri yüksələn xəttlə davam edir. Prezident İlham Əliyevin 2025-ci ildə Tyantsində keçirilən ŞƏT-in "ŞƏT plyus" sammitində fəxri qonaq kimi iştirakı Bakının bu təşkilat daxilindəki nüfuzunun göstəricisidir. Azərbaycan və Çin terrorizm, separatizm və ekstremizmlə mübarizədə ortaq platformalarda sıx əməkdaşlıq edir",- nazir qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью