Bakıda çimərlikdə oğurluq edən TUTULDU

31.07.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səbail rayonu ərazisində yerləşən çimərliklərin birində oğurluq olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, zərərçəkənlər polisə müraciət edərək içərisində 710 manat dəyərində mobil telefon və digər şəxsi ləvəzimatların olduğu çantalarının naməlum şəraitdə oğurlandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı E.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənlərin çantalarını nəzarətsiz qoymasından sui-istifadə edərək əməli törətdiyi məlum olub.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью