Bakıda Çinin Yeni ili qeyd olunub AZƏRTAC | Icma.az
Icma.az bildirir, Azertag saytına əsaslanaraq. Bakı, 24 yanvar, AZƏRTAC Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfut
Çinlilər artıq 4000 ildən çoxdur ki, Bahar bayramını böyük coşqu və rəngarəng adətlərlə qeyd edirlər.
İnsanlar köhnə illə vidalaşıb Yeni ili qarşılamaq üçün xəngəl bükür, bahar lövhələri və Yeni il şəkilləri asır, fişənglər atır, lampalarla küçələri bəzəyərək ailəliklə bir araya toplaşırlar.
Bahar bayramı ilə Azərbaycanın Novruz bayramı arasında mədəni məzmun baxımından oxşarlıqlar mövcuddur.
Hər iki bayram ailə birliyini vurğulayan, yeniliyə qədəm qoyulan və yazın gəlişinin sevinclə qarşılandığı xoşbəxt anları ifadə edir.
Həmçinin hər iki bayram həm Çin, həm də Azərbaycan xalqlarının ailəyə önəm vermə, zəhmətkeşlik və daha gözəl bir həyata olan ümidi kimi ümumi mədəni ənənələrini əks etdirir.Bahar bayramı yalnız Çinin deyil, eyni zamanda, bütün dünyanın bayramıdır.
2023-cü ilin dekabrında BMT-nin 78-ci sessiyası qərar qəbul edərək Bahar bayramını rəsmi olaraq BMT tətili elan edib.
2024-cü ilin dekabrında isə UNESCO Bahar bayramını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edib.
Tam oxu
Xəbəri oxu