Bakıda CISCOnun rəhbərliyi ilə süni intellekt istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub AZƏRTAC

15.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan CISCO-nun baş vitse-prezidenti Meri De Vısotski ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə informasiya texnologiyalarının müxtəlif sahələrində, o cümlədən süni intellekt istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda, şirkətlə birgə təlimlərin təşkili və Azərbaycanda regional mərkəzin yaradılması məsələləri nəzərdən keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью