Bakıda CO29 çərçivəsində mətbuat konfransı keçirilib | Icma.az
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası(COP29) çərçivəsində "La Ruta del Clima" Addressing loss and damage, reparations and climate debt: Human rights obligation, not a charity" ("La Ruta del Clima": İtki və zərər, təzminat və iqlim borcunun həlli: insan hüquqları öhdəliyi xeyriyyəçilik deyil) mövzusunda mətbuat konfransı keçirilib.
Milli.Az xəbər verir ki, mətbuat konfransı zamanı iqlim dəyişikliyi ilə mübarizənin aktuallığı nəzərə alınaraq, bu problemlə mübarizənin bütün dövlətlərin öhdəliyi olduğu diqqətə çatdırılıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə xüsusi məruzəçisi Elisa Morgera qeyd edib ki, iqlim dəyişikliyi dünyanın aktual problemi olduğu kimi, onunla mübarizə də eyni aktuallığı qazanmalıdır.
"İqlim dəyişikliyi problemi ilə bütövlükdə planetimiz üzləşsə də, bundan ən çox zərər görən az inkişaf etmiş, inkişaf etməkdə olan və ya müstəmləkə şəraitində yaşayan dövlətlərdir.
Bu problemi şərtləndirən bir nömrəli amil atmosferə həddindən artıq dərəcədə karbon qazı emissiyalarının buraxılmasıdır.
Belə ki, 1990-cı illərdən ötən dövr ərzində bu həcm icazə verilən normadan dəfələrlə yüksək olub.
Hesablamalarımız göstərir ki, planetimizin əhalisini iqlim dəyişikliyinin fəsadlarından qorumaq üçün trilyonlarla dollar vəsaitə ehtiyac var.
Tam oxu
Xəbəri oxu