Icma.az bildirir, Lent az saytına əsaslanaraq. Ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının T
Ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, öncədən də məlumat verildiyi kimi, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.
Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb.
Bildiririk ki, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq.
25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək.
Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaq xahiş edilir.
*** 10:44 Bakıda COP zolaqlarının ləğvinə başlanılıb. Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.