Bakıda COP29 çərçivəsində veloyürüş təşkil edilib | Icma.az
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıdakı Türkiyə Təhsil Qurumları və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə COP29 çərçivəsində velosiped turu keçirilib.
Yürüşdən əvvəl Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
AVF-nin baş katibi Elnarə Musayeva ölkədə velosiped idman növünə dövlət səviyyəsində dəstəyin olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu qayğı nəticəsində bölgələrdə turlar təşkil edilir.
Baş katib bildirib ki, velosiped sürmək insan həyatının sağlamlığı üçün çox önəmlidir.
Bakıdakı Türkiyə Təhsil Qurumlarının sədri Abdullah Yılmaz bu tədbirin COP29 çərçivəsində keçirilməsinin dünyaya bir mesaj olduğunu söyləyib.
Tam oxu
Xəbəri oxu