Bakıda COP29 çərçivəsində veloyürüş təşkil edilib | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. Bakıdakı Türkiyə Təhsil Qurumları və Azərbaycan Velosiped Federasiyasının (AVF) birg
SİA xəbər verir ki, yürüşdən əvvəl Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
AVF-nin baş katibi Elnarə Musayeva ölkədə velosiped idman növünə dövlət səviyyəsində dəstəyin olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu qayğı nəticəsində bölgələrdə turlar təşkil edilir.
Baş katib bildirib ki, velosiped sürmək insan həyatının sağlamlığı üçün çox önəmlidir.
Bakıdakı Türkiyə Təhsil Qurumlarının sədri Abdullah Yılmaz bu tədbirin COP29 çərçivəsində keçirilməsinin dünyaya bir mesaj olduğunu söyləyib.
O, COP29 konfransına ev sahibliyinin Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olduğunu deyib.
Tam oxu
Xəbəri oxu