Bakıda COP29 təntənələri davam edir | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünya gündəmini zəbt edən iqlim dəyişikliyi və davamlı inkişaf məsələləri ətrafında Bakı müzakirələri davam edir.
Ekoloji problemlərdən çıxış yolları axtarılmasının vacibliyini və COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini paytaxtımızın qonaqları da etiraf edirlər.
Onlar Bakının yaşıllığından və mətbəxindən də həvəslə danışırlar.
Tevodros Tibebe Sisay dostları ilə birgə Azərbaycana səfər etdiyini vurğuladı.
İnşaat mühəndisi olan qonaq Bakının qədim və müasir arxitekturasından çox xoşu gəldiyini bildirdi: – Cənubi asiyalı kimi insanların istiqanlı olması da ürəyimcədir.
Düşünürəm ki, növbəti dəfə ailə üzvləri ilə Bakıya gələcəyəm.
Şəhərin “Alov qüllələri” kompleksi, Dənizkənarı Bulvar, “Ağ şəhər” bulvarı və digər görməli yerləri ilə tanışlıq məndə xoş təəssürat oyatdı.
Tam oxu
Xəbəri oxu