Bakıda COP29un liderlər sammitinin açılış mərasimi keçirilir

12.11.2024

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.

"Sherg.az" xəbər verir ki, qonaqlar tədbirin keçirildiyi Bakı Stadionuna gəlir, onları Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş qarşılayır.

Qeyd edək ki, Liderlər Sammiti iki gün davam edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью