Bakıda çövkən üzrə XI Prezident Kubokuna start verilib

16.12.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən ənənəvi olaraq təşkil edilən çövkən üzrə XI Prezident Kuboku start götürüb.

ARAF-dan “Report”a verilən məlumata görə, turnirdə iştirak edən 8 komanda iki qrupda mübarizə aparır.

Binə Atçılıq Mərkəzinin qapalı meydanında keçirilən yarışın qrup mərhələsinin oyunları bu gün, həmçinin 18 və 20 dekabrda baş tutacaq.

Prezident Kubokunun yarımfinalı dekabrın 23-də, üçüncülük uğrunda və final görüşü isə ayın 24-də gerçəkləşəcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью