Bakıda çoxmərtəbəli binada qorxulu anlar FHN hərəkətə keçdi

22.09.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıxanov qəsəbəsində iki azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in “112” qaynar telefon xəttinə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə iki azyaşlının bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Toyuqlu pizza

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Məlum olub ki, mənzildə olan uşaqlar qapının döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə edərək doqquzmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan daxil olublar. Mənzildə yatmış vəziyyətdə aşkarlanan 2018 və 2019-cu il təvəllüdlü iki uşaq yaxınlarına təhvil verilib.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью