Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində 17 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzildə baş verən yanğın qısa müddətdə söndürülüb. Alovun digər mənzillərə və binaya yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 93 kvadratmetr olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə ediliblər.
Qalereya