Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

01.12.2024

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və 1 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, yüksək temperaturdan 2 ədəd məişət avadanlığı qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью