Bakıda cüdo üzrə beynəlxalq təlim məşq toplanışına start verilib

18.02.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ardınca Bakıda beynəlxalq təlim-məşq toplanışına start verilib.

Apasport.az xəbər verir ki, Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycanın tatami ustaları ölkəmizdə təlim-məşq toplanışı keçirlər.

Fevralın 21-dək davam edəcək hazırlıqlara 100-dən çox cüdoçu qatılıb.

Beynəlxalq təlim-məşq toplanışı cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.

Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində 11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq Cüdoçularımız "Böyük Dəbilqə"nin ilk gününü 2 medalla başa vurublar Cüdoçumuz "Böyük Dəbilqə"də bürünc medal qazanıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью