Bakıda cüdo üzrə dünya çempionatı başlayır

04.10.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı start götürəcək.

İdman.Biz xəbər verir ki, mundialda 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın mübarizə aparacaq.

Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu - 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında mübarizə aparacaq.

Yarışın ilk günündə iki çəki dərəcəsində – kişilər arasında 60 kq-dək, qadınlar arasında isə 48 kq-dək çəki kateqoriyalarında medallar uğrunda mübarizə aparılacaq. Azərbaycan bu çəki dərəcələrində dörd cüdoçu ilə təmsil olunacaq.

Meydan sahiblərinin əsas ümidləri kişilər arasında 60 kq-dək çəki dərəcəsi ilə bağlıdır. Dünya reytinqinin lideri Balabəy Ağayev ilk görüşünü Artem Kolosov (Belarus) – Dilşod Xalmatov (Ukrayna) qarşılaşmasının qalibi ilə keçirəcək. Ağayev cari mövsümdə Paris və Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirlərinin qalibi olub, Daşkənddə isə ikinci yeri tutub.

Bu çəkidə Azərbaycanın digər təmsilçisi, dünya reytinqində beşinci pillədə qərarlaşan Əhməd Yusifov çempionata Bəhram Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi ilə görüşlə başlayacaq. Yusifov 2026-cı ildə Daşkənddə “Böyük Dəbilqə” turnirinin qalibi olub və Tsindao Qran-prisində bürünc medal qazanıb.

Qadınlar arasında 48 kq-dək çəki dərəcəsində Şəfəq Həmidova Madaqaskardan olan Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Azərbaycan cüdoçusu cari mövsümdə Avropa çempionatında və Qazaxıstanda keçirilən “Böyük Dəbilqə” turnirində beşinci yeri tutub.

Könül Əliyeva mübarizəyə Çili təmsilçisi Mari Di Varqasla görüşlə başlayacaq. Əliyeva dünya reytinqində 27-ci pillədədir, bu il isə Tbilisi və Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirlərində iki dəfə yeddinci yeri tutub.

Dünya çempionatı 4-11 oktyabr tarixlərini əhatə edəcək.

Azərbaycan cüdoçularının ilk rəqibləri:

Qadınlar

48 kq
1/32 final
Şəfəq Həmidova - Nataşa Razafindrakalo (Madaqaskar)
1/16 final
Könül Əliyeva - Mari Di Varqas Ley (Çili)

52 kq
1/16 final
Gültac Məmmədəliyeva - Gefen Primo (İsrail)

57 kq
1/32 final
Xədicə Qədəşova - Janar Joldoşeva (Qırğızıstan)

63 kq
1/16 final
Hanna Zaytseva - Pey Çun Yuan (Tayvan) / Anna Kriza (Macarıstan) cütünün qalibi

70 kq
1/32 final
Südabə Ağayeva - Ai Tsunoda Roustant (İspaniya)

+78 kq
1/16 final
Madina Kaisinova - Asya Tavano (İtaliya)

Kişilər

60 kq
1/16 final
Balabəy Ağayev - Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi
Əhməd Yusifov - Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi

66 kq
1/32 final
Turan Bayramov - Radu İzvoreanu (Moldova)
Nizami İmranov - Vaja Marqvelaşvili (Gürcüstan)
1/16 final
Ruslan Paşayev - Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibi

73 kq
1/32 final
Hidayət Heydərov - Akil Qyakova (Kosovo)
1/16 final
Rəşid Məmmədəliyev - Adil Osmanov (Moldova) / Castin Lemir (Kanada) cütünün qalibi

81 kq
1/32 final
Vüsal Qələndərzadə - Hristo Valkov (Bolqarıstan)
1/16 final
Zelim Tçkayev - Timoti Meuvsen (Cənubi Afrika Respublikası) / Viktor Sterpu (Moldova) cütünün qalibi
Ömər Rəcəbli - Sibqatullah Arab (IRT) / Mahamadu Dukara (Mali) cütünün qalibi

90 kq
1/32 final
Elcan Hacıyev - Aleksander Knauf (ABŞ)
Süleyman Şükürov - Kornelius Eylertsen (Norveç)
1/16 final
Murad Fətiyev - Yahor Varapayev (Belarus) / Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi

100 kq
1/32 final
Zelim Kotsoyev - Baymırat Majanov (Türkmənistan)

+100 kq
1/16 final
Uşanqi Kokauri - Emirxan Joldoşkazıyev (Qırğızıstan)
Kənan Nəsibov - Losseni Kone (Almaniya) / Vidak Malyeviç (Serbiya) cütünün qalibi
Camal Qamzatxanov - Fransisko Solis (Çili)

Qarışıq komanda yarışı
1/16 final
Azərbaycan - Avstriya

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью