Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Oktyabrın 23-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
XQ ACF-ə istinadən xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs üçün açıqdır. Kəmər seçimi yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.
İmtahan Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək. İştirak üçün qeydiyyat ödənişlidir. Namizədlər təmsil etdikləri idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilərlər.