Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib

27.10.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

20 yaşadək cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib.

Azərbaycan Cüdo Federasiyasından "Cebheinfo.az"a verilən məlumata görə, Abşeron Olimpiya Kompleksində təşkil olunan turnirdə 34 klub və idman cəmiyyətindən 200 cüdoçu (162 oğlan, 38 qız) 13 çəki dərəcəsində qüvvəsini sınayıb.

Yekun nəticələrə əsasən, komanda hesabında "Judo Club 2012" (3-1-5) I, "Neftçi" İK (2-3-3) II, "Azəri-Cüdo" İKİB (2-0-1) isə III yeri tutub. Komandalara müvafiq kuboklar təqdim olunub.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.

Mükafatçıları təqdim edirik:

Qızlar

48 kq

1. Fatimə Abdullayeva

2. Xədicə Abdullayeva

3. Məxfirə Hüseynova

52 kq

1. Nərmin Ağamirzəzadə

2. Xədicə Namazlı

3. Leyla Əliyeva

4. Gülay Haqverdiyeva

57 kq

1. Tövsiyyə Babayeva

2. Qızılgül Əkbərova

3. Yasəmən Əkbəri

4. Şəfiqə Əhmədova

63 kq

1. Zəhra Hüseynzadə

2. Leyla Məcidova

3. Əsma Manaflı

4. İlahə Əzizzadə

70 kq

1. Lalə Pənahova

2. Mələk Bayramlı

3. Şəbnəm Əhmədova

78 kq

1. Zemfira Əliyeva

2. Zəhra İbadova

Oğlanlar

60 kq

1. Bahadır Feyzullayev

2. Mirxaliq İskəndərov

3. Rüstəm Qasımzadə

4. Ömər Zamanlı

66 kq

1. Kənan Məmmədov

2. İsmayıl Əlipənahov

3. Sənan Piriyev

4. Ümüd Qurbanov

73 kq

1. Sadiq İsgəndərli

2. Nihad Yəhyayev

3. Kənan Rəhimov

4. Yusuf Nəzər

81 kq

1. Əhməd Mehdiyev

2. Amin Mehdiyev

3. Ayxan Ələkbərov

4. Cahandar Haqverdiyev

90 kq

1. Hüseyn Səfərov

2. Osman Səlimov

3. Amir Xəzriyev

4. Qəzənfər Kazımlı

100 kq

1. Tunar Fərzəliyev

2. Raul İmanov

3. Fərid İsmayılov

+100 kq

1. Cavidan Məsimov

2. Əli Vəliyev

3. Elşən Fərzəliyev

4. Ömər Hacılı

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью