Bakıda D 8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirildi (YENİLƏNİB) | Ic…
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq. Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan ilk dəfədir dekabrın 5-9-da bu tədbirə ev sahibliyi edir.
Açılışda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək dialoqun üzv dövlətlərin gənclərin əlaqələrinin inkişafına və birgə təşəbbüslərin reallaşmasına verdiyi töhfənin əhəmiyyətini söyləyib.
Həmçinin, 2025-ci il Gənclər Paytaxtı Sumqayıtda keçirilən tədbirlərin gənclər üçün faydalı olacağını deyən nazir iştirakçıları dialoqlarda aktiv iştirak etməyə çağırıb.
Daha sonra D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam tədbirin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
O, çıxışında layiqli ev sahibliyi üçün ölkə rəhbərliyi və təşkilatçılara təşəkkür edib.
D-8 ölkələrinin gəncləri arasında korporativ əlaqələrin gücləndirilməsində dialoqun əhəmiyyətli olduğunu vurğulayıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev şəhərsalma və davamlı inkişaf istiqamətləri ilə bağlı çıxış edib.
Tam oxu
Xəbəri oxu