Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib FOTOLAR

14.08.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bakı şəhərinin Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib.

"Cebheinfo.az" bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb.

Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью