Bakıda daha bir küçənin təmiri yekunlaşmaq üzrədir

12.05.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İnvestisiya Proqramına uyğun olaraq, Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə apardığı təmir işlərini yekunlaşdırmaq üzrədir. 

Bakıvaxtı.az agentliyə istinadən xəbər verir ki, küçənin uzunluğu 620, hərəkət hissəsinin eni 6 metrdir.

Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda son mərhələdə olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью