Bakıda daha bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başlayıb

02.12.2024

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

“Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə “Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb. Bu barədə SİA-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью