Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Bakıda mikromobillik zolağının salınması işləri davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, 8 Noyabr prospektində daha əvvəl yaradılmış mikromobillik zolağının “Crescent Mall” və Bakı Ağ Şəhər bulvarı ilə birləşdirilməsi məqsədilə Neftçilər prospekti və ona bitişik yolda yeni mikromobillik zolağı salınıb.
Bununla yanaşı, piyadaların və fiziki məhdudiyyətli şəxslərin hərəkətini asanlaşdırmaq və təhlükəsizliyini təmin etmək üçün mövcud piyada keçidlərinin önündə panduslar inşa edilib.
Namiq Musayev Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.