Bakıda daha bir nəfər spirtdən VƏFAT ETDİ Say 24 ə ÇATDI

01.03.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
43 yaşlı E. Zeynalov metil spirti içərək zəhərlənib.
O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu hadisə ilə də Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью