Bakıda daha bir söküntü başladı: Hər kvadrat metri üçün 22002500 manat təklif olunur KONKRET

02.12.2024

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Yasamal rayonu Abdulla Şaiq küçəsində söküntü işləri aparılır.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, artıq ərazidə yerləşən həyət evlərinin bir çoxu sökülüb. Onların yerində hündür mərtəbəli binanın tikilməsi nəzərdə tutulur.

Sakinlərin sözlərinə görə, sökülən evlərin hər kvadrat metri üçün 2200-2500 manat təklif olunub. Razılıq əldə olunan sakinlərin evləri artıq sökülüb.

Bəzi sakinlər isə bu təklifdən narazı qaldıqlarına görə imtina ediblər. Hazırda şirkət və sakinlər arasında danışıqlar aparılır.

Narazı sakinlər aparılan söküntünün onların evlərinə də zərər vurduğundan da şikayətçidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью