Bakıda daha bir söküntü başladı: Kvadratı 2200dən Narazılıq var

02.12.2024

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda daha bir söküntü başladı: Kvadratı 2200-dən - Narazılıq var

Bakının Yasamal rayonu Abdulla Şaiq küçəsində söküntü işləri aparılır.

Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, artıq ərazidə yerləşən həyət evlərinin bir çoxu sökülüb. Onların yerində hündür mərtəbəli binanın tikilməsi nəzərdə tutulur.

Sakinlərin sözlərinə görə, sökülən evlərin hər kvadrat metri üçün 2200-2500 manat təklif olunub. Razılıq əldə olunan sakinlərin evləri artıq sökülüb.

Bəzi sakinlər isə bu təklifdən narazı qaldıqlarına görə imtina ediblər. Hazırda şirkət və sakinlər arasında danışıqlar aparılır.

Narazı sakinlər aparılan söküntünün onların evlərinə də zərər vurduğundan da şikayətçidirlər.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью