Bakıda daha bir tədbir başladı

19.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsublar iştirak edir.

Qurultay çərçivəsində türk dövlətlərinin musiqi sahəsində ortaq layihələrinin, perspektivlərinin müzakirəsi nəzərdə tutulur

Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. Festival sentyabrın 30-dək davam edəcək. Bu çərçivədə müxtəlif konsertlər və musiqi tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью