Bakıda daha bir YANĞIN: Şamaxinka da obyekt yanıb

21.04.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Bakının Yasamal rayonunun Moskva prospektində - "Şamaxinka" adlanan ərazidə yanğın baş verib. 

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Sakinlərin bildirdiyinə görə, yanğın binaların qarşısında yerləşən obyektdə qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülüb. 

Hadisənin səbəbləri və dəymiş ziyanın miqdarı araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью