Bakıda daha iki oyun

27.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda bu gün daha iki matç baş tutacaq.

Futbolpress.az xəbər verir ki, günün ilk görüşü Niderland ilə Belçika yığmaları arasında olacaq. Matç saat 15:30-da start götürəcək.

Digər matçda isə Portuqaliya Rumıniyanı sınağa çəkəcək. Görüş saat 18:30-da başlayacaq.

Belçika 11 xalla 1-ci, hərəyə 8 xalı olan Niderland və Azərbaycan milliləri 2-3-cü pillələrdə qərarlaşıb. Portuqaliyanın 3, Rumıniyanın 2, İspaniyanın 1 xalı var.

C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью