Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda, Bakıda keçirilən genişmiqyaslı Dahua Partner Day 2025 tədbirində Dahua Technology qabaqcıl yeniliklərini təqdim edərək, Avisec ilə tərəfdaşlığına başladığını rəsmən elan etdi.
Partner Day, Dahua Technology tərəfindən müxtəlif ölkələrdə əsas tərəfdaşları, distribyutorları və biznes nümayəndələrini bir araya toplamaq üçün hər il keçirilən tədbirdir.
Tədbir zamanı şirkət öz inkişaf strategiyasını paylaşır, yeni məhsul və həllər nümayiş etdirir, tərəfdaşlıq əlaqələrini gücləndirir.
Bakıda böyük uğurla keçirilən və 300-dən çox qonağın iştirak etdiyi tədbir sadəcə bir sərgi deyil, əməkdaşlığın qurulması və genişləndirilməsi platformasına çevrildi.
Dahua Partner Day 2025 tədbiri zamanı Dahua Technology rəsmi olaraq Avisec-ə Azərbaycanda eksklüziv distribyutor statusu verdi.
Bu strateji qərar Avisec-in təhlükəsizlik sistemləri və İT həlləri sahəsində yüksək etimadı və peşəkarlığının tanınmasını təsdiqləyir.
Yeni status daha da sıx əməkdaşlıq və Dahuanın qabaqcıl texnologiyalarının yerli bazarda - videomüşahidə və yanğından mühafizə sistemlərindən tutmuş təhsil, infrastruktur və şəhər təhlükəsizliyi üçün ağıllı həllərə qədər tətbiqi üçün imkanlar açır.