Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda dana ətinin qiymətində artım davam edir və bu bahalaşma xüsusilə paytaxt Bakıda daha qabarıq şəkildə hiss olunur. Son aylarda bazarlarda və satış məntəqələrində qiymətlərin yüksəlməsi alıcıların narazılığına səbəb olub.
Turkustan.az müxbirinin vətəndaşlardan aldığı məlumata və qəssabxanalarda apardığı müşahidələrə görə, ötən ilin sonunda Bakıda bir kiloqram sümüklü dana əti əsasən 16 manat 50 qəpiyə satıldığı halda, hazırda qiymət 17 manat 50 qəpikdən 18 manata qədər yüksəlib. Alıcılar qeyd edirlər ki, bəzi yerlərdə qiymətlər daha da baha təklif olunur.
Rayonlarda da dana ətinin qiymətində artım müşahidə edilir. Musavat.com bildirir ki, bölgələrdə bahalaşma paytaxtla müqayisədə nisbətən zəif olsa da, əvvəlki dövrlərlə müqayisədə qiymət fərqi artıq hiss olunur.
Mütəxəssislər bahalaşmanı yem xərclərinin artması, daşınma və saxlanma xərcləri, eləcə də bazarda təklif-tələb balansı ilə əlaqələndirirlər. Vətəndaşlar isə qiymət artımının ailə büdcəsinə ciddi təsir etdiyini deyir və yaxın aylarda ucuzlaşma olacağına ümidlərinin az olduğunu bildirirlər. /Musavat.com/