Bakıda dava Ata və oğlu bıçaqlandı

11.12.2024

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 10-da saat 21 radələrində paytaxtın Xətai rayonu G.Şıxlinski küçəsində 1972-ci il təvəllüdlü K.Bağırova və oğlu 2004-cü il təvəllüdlü C.Bağırova münaqişə zəminində deşici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Y.Mehdiyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırması davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью