Bakıda dava: gənc oğlan parkda bıçaqlandı

17.05.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bakının Yasamal rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə “Musabəyov” parkı kimi tanınan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Əliyev Nicat Əli oğlu dava zamanı bıçaqlanıb. Hadisəni törədən şəxs hadisə yerindən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью