Bakıda dava: iki nəfər bıçaqlanıb

11.12.2024

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Dekabrın 10-da saat 21 radələrində paytaxtın Xətai rayonu G.Şıxlinski küçəsində 1972-ci il təvəllüdlü K.Bağırova və oğlu 2004-cü il təvəllüdlü C.Bağırova münaqişə zəminində deşici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Y.Mehdiyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırması davam etdirilir.

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью