Bakıda davam edən COP29 konfransı Səudiyyə Ərəbistanı mətbuatının diqqət mərkəzində | Icma…
Icma.az, Oxu.az saytına istinadən bildirir. Azərbaycanda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiy
AZƏRTAC xəbər verir ki, Krallığın Londonda nəşr olunan "Əş-Şərq Əl-Ausət" qəzetində "COP29-un müəyyən edilmiş Prezidenti: Biz ədalətli iqlim
və Səudiyyə Ərəbistanının səylərini yüksək qiymətləndiririk" başlıqlı məqalə dərc olunub.
Məqalədə vurğulanıb ki, COP29-un Prezidenti Muxtar Babayev ambisiyaları artırmaq, 1,5 dərəcə hədəfinə nail olmaq və iqlim dəyişmələrinə qarşı fəaliyyətə imkan yaratmaq üçün konfransın aydın baxışa malik olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan rəsmisi Səudiyyə Ərəbistanının kritik iqlim problemlərinin həllində səylərini yüksək qiymətləndirib.
Qeyd olunub ki, Azərbaycan noyabrın 22-dək davam edəcək COP29 konfransına ev sahibliyi edir və burada əsas prioritet iqlim maliyyələşdirilməsi üçün yeni hədəfin razılaşdırılması olacaq.
Səudiyyə Ərəbistanının nüfuzlu "Ər-Riyad" qəzeti isə oxucularını Almaniyanın xarici işlər naziri Annalena Berbokun açıqlamaları ilə tanış edib.
Qəzetin "Dünya liderləri COP29 konfransında toplanırlar" başlıqlı məqaləsində BMT-nin illik iqlim konfransının inkişaf etməkdə olan ölkələrə istixana qazlarının emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün yeni maliyyə yardımının hədəflənməsi ilə yekunlaşmalı olduğu diqqətə çatdırılıb.
Tam oxu
Xəbəri oxu