Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

29.05.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün 1/4 final mərhələsinin oyunları keçiriləcək.

Milli Gimnastika Arenasındakı ilk yarımfinalçı Macarıstan – Mavritaniya duelində bəlli olacaq. Ardınca meydana Monteneqro və Çexiya çıxacaq.

Azərbaycan millisi İngiltərə ilə üz-üzə gələcək. Balkan duelində Bosniya və Herseqovina ilə Serbiya görüşəcək.

Minifutbol üzrə dünya çempionatı
1/4 final
29 may

17:30. Macarıstan – Mavritaniya
19:00. Monteneqro – Çexiya
20:30. İngiltərə - Azərbaycan
22:00. Bosniya və Herseqovina – Serbiya

Qeyd edək ki, yarımfinal mərhələsi mayın 30-da baş tutacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью