Bakıda DÇ nin açılış mərasimi keçirildi

04.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında 21-ci, qadınlar arasında isə 12-ci dünya çempionatının rəsmi açılış mərasimi olub.

Futbolpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) və Beynəlxalq Federasiyanın birgə təşkil etdiyi mötəbər yarışa 17 ölkənin komandası qatılıb. Tədbirdə FHN başçısı Kəmaləddin Heydərov və beynəlxalq federasiyanın prezidenti Aleksandr Çuprian iştirak ediblər.

Nazir Kəmaləddin Heydərov ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi təcrübəsindən danışaraq qeyd edib:

“Azərbaycan möhtəşəm qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır. Əminəm ki, qarşıdakı yarışlar yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcək”.

Mədəniyyət proqramı və rəsmi açılışdan sonra idmançılar hücum nərdivanı ilə qalxma növündə mübarizəyə qoşulublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью