Bakıda dəhşət: 13 yaşlı oğlan 7 ci mərtəbədən yıxıldı

12.03.2025

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 11-də saat 20 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində dəhşətli hadisə baş verib.

Sitat.info xəbər verir ki, 2012-ci il təvəllüdlü Hüseyn Emil oğlu Ələkbərli yaşadığı Babək prospekti ev 70 ünvanındakı 14 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb.

O, ehtiyatsızlıqdan evin eyvanından yıxılıb və hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью