Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü

29.09.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakıda qətl hadisəsi olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

42 yaşlı Rafət Ağalarov 4 uşaq anası olan arvadı 40 yaşlı Esmira Ağalarovanı boğaraq, öldürüb. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rafət Ağalarov tutularaq, istintaqa təhvil verilib.

İddialara görə, qadın ərindən boşanmaq istəyibmiş. Cinayət də məhz bu səbəbdən yaranan mübahisə zəminində baş verib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью