Bakıda dəhşət: 40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü QISQANCLIQ

07.10.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Bakının Xəzər rayonunda qəsdən adam öldürmə hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Binə qəsəbəsində alınıb.

Məlumata görə, 40 yaşlı Bakı şəhər sakini Museyib Əhmədov qısqanclıq zəminində 24 yaşlı həyat yoldaşı Fatimə Rəhmanzadənin kürək nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Yaralı qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Museyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью