Bakıda dəhşət: Arvadını, qayınanasını və özünü öldürdü

14.06.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə iyunun 14-də gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib.

Məlumata görə, Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Hadisədən sonra V. Lütfəliyev özünü öldürüb.

Məlumata görə, Xəyalə və İradə Böyük Dəhnə kəndində, Vüsal Lütfəliyev isə Cəfərabad kəndində dəfn olunacaq.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью